Bilkent Azerbaijani Society

Salam uşaqlar,
Bu qrupu açmaqda əsas məqsədimiz Bilkent universitetində Azərbaycanlı tələbələrin birliyini sağlayacaq,daima sıx əlaqədə olmalarına yardımcı olacaq bir mühit yaratmaqdır. Fikrimizcə,bir azərbaycanlı olaraq vətənimizi oxuduğumuz universitetdə layiqincə təmsil etmək, tanıtmaq hər birimizin borcudur.İstəyimiz Azərbaycanın tarixi,milli, ənənəvi bayramlarında,matəm və digər əlamətdar günlərində tələbələrimizin bir araya toplaşaraq bu günləri mümkün qədər yaxşı və effektiv şəkildə qeyd etməsidir. Bundan əlavə, müntəzəm olaraq tələbələrimizi müxtəlif sosyal fəaliyyətlərdə, müsabiqə və layihələrdə bir araya gətirmək üçün də əlimizdən gələni etməyə çalışacağıq. Bütün bunların sizin fikirləriniz, istəkləriniz və cəhdləriniz çərçivəsində formalaşıb həyata keçəcəyinə inanırıq. Hər birinizdən, bu mövzularda mümkün olduğu qədər diqqətli və aktiv olmağınızı xahiş edirik.