Azerbaijan University (Official Page)

Azərbaycan Universitetində peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən strategiyanın bir parçası olaraq ötən tədris ilindən etibarən start verilən “Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı”nın tətbiqi 2014/2015-ci tədris ilin də də davam etdiriləcək.
Proqrama əsasən universitetə yüksək balla qəbul olanlar aşağıda göstərilən təhsil haqqı güzəştlərindən faydalanmaqla yanaşı təqaüdlə də mükafatlandırılacaqlar.
420-489 bal: 25%
490-559 bal: 50%
560-629 bal: 75%
630-700 bal: 100%
Təqaüdlərin şərtləri isə aşağıdakı kimidir:
350-419 bal: ayda 50 AZN
420-489 bal: ayda 75 AZN
490-559 bal: ayda 100 AZN
560-629 bal: ayda 150 AZN+notebook
630-700 bal: ayda 200 AZN+notebook
Təqaüd və güzəştlər tədris prosesində universitetin təyin etdiyi minimum müvəffəqiyyət göstəricilərinə əsasən tənzimlənir.
Universitetin öz büdcəsindən maliyyələşən proqramın məqsədi fərqlənməyi bacaran və uğur əldə edən tələbələrə dəstək olmaqdan ibarətdir.
Azərbaycan Universitetinin “Daxili Təqaüd və Təhsil haqqından Güzəştlər Proqramı” həm çalışqan tələbənin əməyini dəyərləndirir, həm də az təminatlı ailələr üçün sosial dəstək mahiyyəti daşıyır.

Azərbaycan Universiteti 2014/-2015-ci tədris ili üçün bakalavr pilləsinə aşağıdakı ixtisaslara tələbə qəbulu elan edir:

I qrup :
Riyaziyyat
Kompüter mühəndisliyi
Kompüter elmləri

II qrup:
İqtisadiyyat
Dövlət və bələdiyyə idarəetməsi
Dünya iqtisadiyyatı (Beynəlxalq biznes-BBA)
Mühasibat uçotu və audit (BBA)
Maliyyə (BBA)
Menecment (BBA)
Marketinq (BBA)

III qrup:
Tarix
Filologiya (Azərbaycan dili və ədəbiyyatı)
Sosial iş
Tərcümə (ingilis dili)

İxtisas seçmək, həm də gələcəyinizi seçməkdir!
Uğurlu gələcəyinizi bizimlə qurun!