Azerbaijan Cooperation University / Azərbaycan Kooperasiya Universiteti

Ünvan: AZ1106,Bakı,Nərimanov,Nəcəf Nərimanov,7A
Telefon: (+994 12) 562-85-17, (+994 12) 561-64-30, (+994 12) 562-87-45
Faks: (+994 12) 561-29-72
Website: http://www.aku.edu.az/

Azərbaycan Kooperasiya Universiteti respublikanın ali təhsil sistemində mühüm yerlərdən birini tutur. Hal-hazırda universitetdə təhsil alanların sayı 4000 nəfərdən artıqdır. Burada kadr hazırlığı bakalavr, magistr, aspirantura pilləsində aparılır. 1964-cü ildə SSRİ Sentrosoyuzunun (SSRİ mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı) İdarə Heyətinin qərarına əsasən Azərbaycanda Moskva Kooperativ institutunun Bakı Tədris-Məsləhət Məntəqəsi yaradılmışdır. Sonrakı dövrlərdə Bakı Tədris-Məsləhət Məntəqəsinin fəaliyyəti genişləndirilərək Moskva kooperativ İnstitutunun Bakı filialına və nəhayət Azərbaycan Kooperasiya Universitetinə çevrilmişdir.