Azerbaijan Tourism Institute

Azərbaycan Turizm İnstitutunun ( bundan sonra ATİ ) rəsmi facebook qrupudur.
ATİ haqqında ətraflı məlumat http://tourism.edu.az/
Bu qrupu yaratmaqda məqsədimiz aktiv gənclərin bu qrupda görüşünü təşkil etmək, müzakirələr, təklifləri, iradları dinləmək (birbaşa ATİ ilə bağlı olan məsələlər) və ən əsası tələbələrin asudə vaxtlarının səmərəli keçirməsini təşkil etməkdir.Qrupun müəyyən kriteriyaları və tələbləri vardır.
Həmin kriteriyalar və qaydalar aşağıdakılardır :
1)Heç bir reklam, flud və spam etmək olmaz..
2)Post və ya şərh yazarkən istifadə olunan dilin orfoqrafik qaydalarına əməl edilməlidir. (böyük və kiçik hərflər öz yerində işlənməli, durğu işarələri yersiz istifadə edilməməlidir, təkrarçılıq və s yol verilməməlidir),(ə,ü,ö,ü,ı - bu hərflər ümumi qaydada qəbul olunmuş hərflərlə əvəz oluna bilər)
3)Qrup üzvləri arasında qarşılıqlı hörmət ən yüksək səviyyədə qorunmalıdır.
4)Qrupun təyinatı heç bir zaman unudulmamalıdır.
5)Yalnız tələbələr üçün dəyərli olan mövzularda paylaşımlara icazə vardır.(ATİ ,o cümlədən turizm və təhsil),(müəllif postda mövzunun dəyərini mümkün qədər açmalıdır və onun qrupun təyinatı ilə əlaqəsini göstərməlidir).
6)Qrupun qaydaları izah edilmədən qrupa dəvət olunan üzvlərə görə dəvət edən istifadəçilər məsuliyyət daşıyır.
7)Qaydaları pozanlar qrupdan xəbərdarlıq edilmədən ayrılmalı olacaqlar.
8)Provaksiyaya çağırış, nalayiq sözlərin istifadə olunması, şərh və postlarda şəxsi münasibətlərin müzakirəsi qadağandır və həmin istifadəçilər 7-ci bənd üzrə qrupdan xaric olunacaqlar.
9)Avatorda etik normala uyğun olmayan, pis vərdişləri təbliğ edən istifadəçilərin üzvlülüklə bağlı müraciətləri imtina ilə nəticələnə bilər.
10)Digər səhifələri "like" etmək, qruplara və dostluğa əlavə olunmaq çağırışları qadağandır.
11)Qrupun administratorları yazılan şərhlərin qalmasına zəmanət vermir və onların heç bir izahat verilmədən silinməsi hüququnu özündə saxlayır
12)Administratorların qərarlarına etiraz etmək,onları müzakirə etmək və qiymət vermək qadağandır. Lakin, şikayətlərə şəxsi məktub vasitəsi ilə baxıla bilər. Administratorlar həmçinin bu tip məktublara cavab verməmək və qrupdan istifadəçilərin kənarlaşdırılması səbəbini izah etməmək hüququnu özlərində saxlayırlar.
Qrupun Administratorları
1)Fərhad M.
2)Çingiz Ö.