FUJIFILM FRONTIER DIGITAL MINILAB - AZERBAIJAN, BAKU

Qaydalar:
1. Bu qrupda yalnız foto avadanlıqlarının satışı ( kameralar , linzalar , flash , aksessuarlar, studiya avadanlıqları) üzrə reklam elanları yerləşdirilə bilər. Bu tələblərə cavab verməyən elanlar, misal üçün: kompüter , noutbuk , monitor , telefon satışı və ya sorğular, yersiz suallar, məsləhətlər, reklam, və sairə oxşar təkliflər xəbərdarlıq edilmədən silinir.

2. Elan olunan malın qiyməti mütləq göstərilməlidir! Qiymət elanın özündə olmalıdır, şərhdə yox! Şəkli, vəziyyəti və ətraflı təsviri göstərilən mallara üstünlük verilir. Malların adı və onların qiymətləri göstərmədən, “istədiyiniz hər sifariş gətirərəm” kimi reklamlar QADAĞANDIR! Qiyməti və ya adları olmayan elanlar xəbərdarlıq edilmədən silinir.

3. Eyni elanı bir dəfədən artiq yerləşdirmək qadağandir!

4. Elanı yerləşdirilən vaxtdan başlayaraq 24 saat ərzində bir dəfədən artıq yuxarıya qaldırmaq (up yazmaq) olmaz! Əgər digər şəxs başqasının elanını vaxtı yetişməmiş yuxarıya qaldırarsa, həmin şəxs xəbərdarlıqsız qrupdan çıxarılacaq!

5. Pərakəndə mağaza və online-mağaza nümayəndələrinə və habelə fərdi sahibkarlara reklam yerləşdirərkən mümkün qədər öz mallarını siyahı ilə və ya qruplaşdırılmış şəkildə yerləşdirmələri tövsiyə olunur ( məsələn, ayrı-ayrı " Kameralar ", " Lenslər ", " Foto aksesuarları ", " Studiyası avadanlıqları " və s.). Mağazanızın hər bir malı üçün ayrıca elan yerləşdirmək lazım deyil! Həmçinin sizin internet səhifənizinə aparan linkin yerləşdirilməsinə üstünlük verilir.

6. Mallar satılmış olarsa elanı ya silin vəya malın satılmış olduğu haqda şərhdə xəbər verin!

7. Elandakı malın satışı ilə bağlı olmayan kənar məsələləri müzakirə etmək, şərh yazmaq, boşboğazlıq etmək və trollinq QADAĞANDIR! Mubahisələr (bir sistemin digərinin üzərində üstünlüyü haqqında debat) QADAĞANDIR. Bunun üçün “About photography” qrupu mövcuddur

8. Admin və moderatorlar qrupun qaydalarına uyğun olmayan dərcləri xəbərdarlıq etmədən silmək hüququna malikdirlər. Istifadəçi təkrar pozuntuya yol verdikdə qrupdan çıxarıla bilər. Admin və moderatorların qrupun tənzimlənməsi ilə bağlı hərəkətlərini müzakirə etmək QADAĞANDIR, admin və moderatorlar inboxa yazılan iddialı suallara cavab vermir. Admin və moderatorlar reklamın məzmununa görə məsuliyyət daşımır və reklam ilə bağlı müxtəlif məsələlər üzrə alıcı və satıcıların mövqeyini bölüşməyə bilər.