Marketinq Azərbaycan (Marketing Azerbaijan)

"Marketinq Azərbaycan" qrupu reklam, pr, marketinq, ksm və digər bununla əlaqəli sahələrdə çalışanların toplaşdığı BAĞLI bir qrupdur. Məqsəd sektorda çalışanları bir araya gətirib daxili müzakirə, təhlil mühiti yaratmaq və ancaq bu sektorla maraqlananların meydanına çevrilməkdir.

Bütün problemlərimizi, üstünlük və zəif cəhətlərimizi mübaliğəsiz, olduğu kimi paylaşmaqla faydalı ola biləcəyimizi düşünürük. Marketinq adına BİR OLAQ. Qrup 15 nəfərlik admin heyəti tərəfindən idarə edilir. Qaydaları isə aşağıdakı kimidir.

Qaydalar:

1. Marketinq, Reklam, PR və bu sahəyə aid bölmələr xaric digər mövzularda paylaşım etmək olmaz.

2. Şirkətlər, şəxslər və digər bazar subyektləri özlərinin qrupun təyinatına uyğun eyni məzmunlu xəbərlərini, kampaniyalarını, tədbirlərini, yarışmalarını, yeniliklərini və s. 1 dəfə paylaşa və müzakirəyə təqdim edə bilərlər.

3. Qrup üzvü gün ərzində ciddi zərurət olmadan dəfələrlə paylaşım etməklə digər üzvləri narahat etməməlidir. Bu bənd üzrə qrupda paylaşımlara nəzarət və məsuliyyət admin heyətinə aiddir. Admin heyəti bu tip postları müəyyən etdiyi halda həmin postu silmək haqqına sahibdir.

4. Yazılan şərhlərdə təhqirə, kobud ifadəyə, qarşı tərəfə olunan hörmətsizliyə görə həmin şəxs qrupdan xaric edilir. Eyni zamanda qrupun qaydalarına zidd hərəkət edən üzv adminlər tərəfindən zərurət olarsa uzaqlaşdırılır.

5. Marketinq və onun alt bölmələri ilə əlaqəsi olmayan yazılar, tədbirlər , kurslar, videolar və bu tip paylaşımlar qrupdan silinəcək.

6. İş və işçi axtarışı elanları yalnız Marketinq, Reklam və PR üzrə olarsa paylaşımına icazə var.

7. İstənilən siyası, dini paylaşım silinəcək və müəllif qrupdan kənarlaşdırılacaq , müzakirələr zamanı kommentlərdə də bu kimi hallara rastlanarsa kommentlər də silinəcək. Qrup marketinq, biznes müzakirə platformasıdır. Siyasi və illegal məqsədlər üçün istifadə yolverilməzdir.